Bank Of Baku

Azərbaycan "WSIS-2020" çərçivəsində keçirilmiş Nazirlər Toplantısında təmsil olunub - FOTO

Azərbaycan "WSIS-2020" çərçivəsində keçirilmiş Nazirlər Toplantısında təmsil olunub - FOTO
# 09 sentyabr 2020 10:56 (UTC +04:00)

Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə keçirilən İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti (WSIS-2020) çərçivəsində virtual formatda Nazirlər Toplantısı keçirilib.

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirin əsas müzakirə mövzusu rəqəmli fərqliliyin aradan qaldırılması – rəqəmli keçidin sürətləndirilməsi üçün qlobal əməkdaşlıq mexanizmlərinə dair məsələlər olub.

Nazirlər Toplantısında Azərbaycanı nazir müavini Elmir Vəlizadə təmsil edib.

Virtual “dəyirmi masa” iştirakçılarını salamlayan E. Vəlizadə bildirib ki, hazırda bəşəriyyətin mübarizə apardığı koronavirus pandemiyası əlaqələrin əhəmiyyətini artırıb və rəqəmsal fərqliliyin aradan qaldırılması məsələsinin vacibliyini ortaya çıxarıb.

O, Azərbaycanda İKT sektoru da daxil olmaqla yüksək texnologiyaların inkişafının dövlət siyasətinin prioriteti olduğunu qeyd edib.

“Ölkəmizdə həyata keçirilən layihələr daxili ehtiyacları nəzərə alır və eyni zamanda regional istifadə imkanlarını da təmin edir. Məsələn, peyk proqramını uğurla həyata keçirən Azərbaycan, ilk növbədə milli tələbatı ödəməklə yanaşı, Avropa, Asiya, Orta Şərq və Afrika da daxil olmaqla geniş coğrafiya ölkələri üçün peyk xidmətləri göstərir”, - deyə E. Vəlizadə vurğulayıb.

Çıxışının sonunda nazirliyin rəsmisi EPEG (Europe-Persia Express Gateway) fiber-optik xətt və TASIM – Trans-Avrasiya Super İnformasiya Magistralı kimi layihələrin bölgədəki rəqəmsal fərqliliyin azaldılmasına xidmət etdiyini söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR