Bank Of Baku

Azərbaycan Xəzərdə problemlə üzləşən Qazaxıstan gəmisinə kömək edib

Azərbaycan Xəzərdə problemlə üzləşən Qazaxıstan gəmisinə kömək edib
# 10 fevral 2021 15:49 (UTC +04:00)

Xəzər dənizində Qazaxıstanın “Kazmortransflot” Milli Dəniz Gəmiçiliyi şirkətinə məxsus “Turkestan” yük gəmisində tüstüləmə olub.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) “APA-Economics”ə verilən məlumata görə, hadisə ilə bağlı “Turkestan”nın heyət üzvləri yaxınlıqda üzən digər gəmilərdən yardım istəyib.  ASCO-a məxsus “Merkuri-1” gəmisinin dənizçiləri yanğından təhlükəsizlik sistemlərini hazır vəziyyətə gətirərək  çağırışa reaksiya verib.  Lakin “Turkestan” gəmisinin heyətinin operativ müdaxiləsi nəticəsində tüstülənmənin qarşısı alınıb.

Məlumata görə, bundan sonra “Kazmortransflot” Milli Dəniz Gəmiçiliyi ASCO-ya “Turkestan” gəmisinin sahilə gətirilməsi üçün müraciət edib. Dərhal ASCO-ya məxsus “Yarenqa” yedək gəmisi hadisə yerinə göndərilib.

“Türkestan” gəmisi təhlükəsiz vəziyyətdə “Yarenqa” gəmisinin köməkliyi ilə 10 fevral tarixində sahilə gətirilib.

Qeyd edək ki, hadisə zamanı gəmi  yüksüz olub. Heyət üzvləri isə özlərini yaxşı hiss edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR