Bank Of Baku

Azərbaycan məktəblərində onlayn "check-up" platforması tətbiq oluna bilər

Azərbaycan məktəblərində onlayn "check-up" platforması tətbiq oluna bilər
# 26 avqust 2020 13:03 (UTC +04:00)

Azərbaycan məktəblərində "Healthi Story" adlanan avtomatlaşdırılmış "check-up" sisteminin tətbiq edilməsi təklif olunub.

Bunu “APA-Economics”ə layihə rəhbəri Şahlar Paşayev deyib.

Onun sözlərinə görə, sistem bir çox parametr üzrə şagirdlərin səhhətinin qaydasında olub-olmadığını müəyyən edə bilir: "Məsələn, əgər məktəb binasına daxil olan şagirdin bədən hərarətinin yüksək olduğu müəyyən olunarsa, bu barədə bildiriş avtomatik olaraq əvvəlcədən müəyyən edilən elektron ünvanlara göndəriləcək. Biz bu sistemi məktəblərə təmənnasız təqdim etməyə hazırıq. Təhsil ocaqlarından başqa bu həll ictimai nəqliyyatda da tətbiq oluna bilər".

Qeyd edək ki, "Healthi Story" həkimsiz 44 parametr üzrə sürətli "check-up" sistemi təklif edən onlayn platformadır. Layihənin əsas məqsədi insanları sağlam həyat tərzi haqqında maarifləndirmək, şəxsi sağlamlığın və gündəlik həyat tərzinin idarə edilməsinə yardımçı olmaqdır. Platforma həm istifadəçilər, həm həkimlər üçün olduqca faydalıdır. İstifadəçi (myhealthistory.com) portalda şəxsi hesab yaradaraq sağlamlıq gedişatını müşahidə etməklə yanaşı müalicənin effektivliyinə də nəzarət edə bilir. İstifadəçi keçdiyi testlərin nəticələri portaldakı hesabına avtomatik qeyd edilir və müayinədən dərhal sonra onun qeyd etdiyi elektron poçt ünvanına və ya mobil telefon nömrəsinə SMS vasitəsi göndərilir. Həkimlər isə öz növbəsində məsafədən tibbi xidmət göstərə, istənilən vaxtda və yerdə öz xəstələrini müalicə edə bilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR