Ötən il Azərbaycanda axıdılan tullantı suların həcmi 592 364,7 min kubmetr təşkil edib ki, bu da illik müqayisədə 8% çoxdur.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, təmizləyici qurğulardan keçirilmiş tullantı suların həcmi 226 540,6 min kubmetr olub, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 10,1% çoxdur.
Məlumata əsasən, 2020-ci ilin nəticələrinə görə, ölkə üzrə kanalizasiya şəbəkələrinin uzunluğu 9 753,1 km təşkil edib ki, bu da illik ifadədə 31,7% çoxdur.
Bununla yanaşı, ilin nəticələrinə görə, respublika üzrə tullantı sutəmizləyici qurğularının müəyyən edilmiş istehsal gücü sutkada 673 min kubmetr olub, bu da illik müqayisədə 4,4% azdır.