Azərbaycanın milli domen zonasında (".az") indiyədək 36 944 internet resursu qeydə alınıb.
"APA-Economics"in "WHOIS" portalının hesabatı əsasında apardığı hesablamalarına görə, bu göstərici illik ifadədə 15,8% artıb. Yəni son bir ildə Azərbaycanın milli domen zonasında 2 245 sayt qeydiyyatdan keçib.
Qeydə alınan saytların ümumi sayının 34 567-si birinci səviyyəli domen zonasına aiddir ki, bu da 2020-ci ilin müvafiq göstəricini 16,3% üstələyir.
Ən məşhur ikinci səviyyəli domen ".com.az"dır. Bu domendə 1 355 sayt qeydiyyatdan keçib. Bu göstərici 2020-ci ilin eyni göstəricisindən 16,1% azdır.
Populyarlığına görə üçüncü yerdə ".edu.az" domeni qərarlaşıb. Bu domendə aprelin 1-nə olan məlumata görə 480 sayt qeydiyyatdan keçib ki, bu da ötən ilin göstəricidən 11,3% çoxdur.
Qeyd edək ki, ".az" milli domen zonası rəsmi olaraq 25 avqust 1993-cü ildə fəaliyyətə başlayıb. Bu domenin qeydiyyat haqqı və illik texniki dəstək xərci 20 manat təşkil edir.
Digər domen zonalarında qeydiyyatdan keçən saytların pay bölgüsü:
|
Domen |
Qeydiyyatdan keçən saytlar |
|
pro.az |
1 |
|
name.az |
9 |
|
biz.az |
19 |
|
pp.az |
21 |
|
int.az |
28 |
|
net.az |
66 |
|
info.az |
108 |
|
co.az |
135 |
|
org.az |
155 |