“Azərişıq” ASC Goranboy EŞ –nin xidməti ərazisində yerləşən Rus Borisi kəndində yenidənqurma işlərinə start verib.
ASC-dən “APA-Economics”ə verilən məlumata görə, ilk dəfə 1949-cu ildə elektrik enerjisi ilə təchiz edilən kəndin hazırda 202 abonenti var. Yenidənqurma işləri görülməsi üçün əraziyə metal dayaqlar, kabellər, anker sıxaclar və s. mal-materal göndərilib.
Rus Borisi kəndi 2004-cü ildə quraşdırılan 35/10 kV-lıq Gülüstan y/st-dan qidalanır.