Bakıda ümumilikdə 791 dayanacaq, ötən il 301 dayanacaq təşkil edilib”.
APA-nın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ümumilikdə dayanacaqların təxminən 40 faizi yenilənib, 60 faizi isə təmir olunub: “Gələcəkdə avtobus dayanacaqlarının günəş enerjisi ilə işıqlandırılması nəzərdə tutulub”.
V. Kərimli həmçinin deyib ki, xüsusi zolaqlarla avtobusların orta hərəkət sürəti artır, gedikmələrin qarşısı alınır. Sərnişinlərin orta səyahət vaxtı 2 dəfəyədək azalır, faydalı iş əmsalı artır: "Təklif edilən xüsusi zolaqların sayı 25, razılaşdırılan 13, təşkil edilənlərin sayı isə 10-dur".