Bank Of Baku

Bakının rabitə operatoru optik və simsiz şəbəkəsini genişləndirir

Bakının rabitə operatoru optik və simsiz şəbəkəsini genişləndirir
# 12 sentyabr 2020 12:56 (UTC +04:00)

"Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tətbiqi ilə mənzillərin telefonlaşdırılması, LTE (simsiz telefon rabitəsi) tətbiqi ilə baza stansiyaların quraşdırılması və şəbəkənin genişləndirilməsi məqsədilə iş və xidmətlərin satın alınmasına dair tender elan edib.

"APA-Economics"in Tender Komissiyasına istinadən verdiyi məlumata görə, iddiaçılar tender təklifini və bank təminatını 27 oktyabr 2020-ci il saat 17:00-dək təqdim etməlidirlər.

Tenderdə iştirak ödənişlidir və iddiaçılar müəssisənin hesabına 2000 manat məbləğində vəsait köçürməlidirlər.

İddiaçıların təklifləri 28 oktyabr 11:00-da müəssisənin inzibati binasında açılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR