Şəhərin mərkəzi və Bulvar ərazisini əhatə edən 7,5 km uzunluğunda velosiped yolunun inşası layihələndirilib.
APA-nın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, yolun tikintisinin 2021-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub. Bakı şəhərinin Baş Planında nəzərdə tutulan velosiped yol şəbəkəsinin uzunluğu 2027-ci ilədək 63,5 km, 2040-cı ilədək 251,2 km olacaq.