Bank Of Baku

Çindən Gürcüstana gedən ilin ilk blok qatarı Bakıdan yola düşüb

Çindən Gürcüstana gedən ilin ilk blok qatarı Bakıdan yola düşüb
# 19 fevral 2021 16:23 (UTC +04:00)

Azərbaycan üzərindən keçməklə Çindən Gürcüstana gedən ilin ilk blok qatarı Bakıdan Tbilisiyə yola salınıb.

“ADY Konteyner” MMC-dən “APA-Economics”ə verilən məlumata görə, qatar 56 konteynerdən ibarətdir. Bu yükdaşıma Maersk və MSC şirkətlərinin sifarişi əsasında həyata keçirilir. Konteynerlər Aktau - ƏLət fider xətti ilə Bakı limanına çatdırılıb. Onlardan  41-i Sian,  15-i isə Tsindao şəhərindən yola salınıb. Qatarın  yükü, əsasən, avtomobil şinləridir.

Qatar artıq Bakıdan Tbilisiyə yola salınıb. Konteynerlərin sabah Tbilisiyə çatacağı gözlənilir.

Layihə  Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri olan “KTZ Express”, “ADY Konteyner” MMC  və “GR Logistics and Terminals”-ın birgə əməkdaşlığı çərçivəsində həyata keçirilr.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR