"Nar": Pandemiya şəraitində mobil trafikin istifadəsi kəskin artıb

"Nar": Pandemiya şəraitində mobil trafikin istifadəsi kəskin artıb
# 12 mart 2021 12:52 (UTC +04:00)

Azərbaycanın mobil rabitə operatoru "Nar" şəbəkəsinin abunəçiləri arasında smartfon istifadəçilərinin payı 77% təşkil edir.

"APA-Economics"in məlumatına görə, bunu "Nar"ın kommersiya direktoru Müşfiq Əliyev ilin yekunlarına həsr olunmuş konfransda deyib.

Onun sözlərinə görə, pandemiya şəraitini nəzərə alaraq mobil trafikin istifadəsində artım qeydə alınıb: "Belə ki, bu rəqəm regionlarda 62%, Bakı və Abşeron ərazisində isə 17% təşkil edib".

M. Əliyev həmçinin əlavə edib ki, operatorun şəbəkəsində mövcud olan 2,3 milyon abunəçidən 1,4 milyonu internet istifadəçisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR