Naxçıvan şəhərinin bir sıra yaşayış məntəqələri üzrə fəaliyyət göstərən ATS-də internet portlarının sayı artırılır.
Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görülən işlər çərçivəsində şəhər üzrə portların sayı 896 ədəd artırılıb. Bununla yanaşı rayon mərkəzlərində və kəndlərində də əhalinin internetə olan tələbatını nəzərə alaraq ATS-lərdə portların artırılması nəzərdə tutulub ki, bu sahədə işlər aparılır.
Ötən ay ərzində 210 abonent internetlə təmin olunub. Sürətdən asılı olaraq internetin aylıq xidmət haqqı 12-40 manat təşkil edir.
Hazırda “Evədək optika” layihəsi çərçivəsində GPON texnologiyası üzərindən fərdi mənzillərə fiber-optik kabel xətləri çəkilir və zəruri avadanlıqlar quraşdırılır.