Bank Of Baku

Yüksək Texnologiyalar Parkının rezidentlərinə ixracyönümlü layihələrin icrası tövsiyə olunub

Yüksək Texnologiyalar Parkının rezidentlərinə ixracyönümlü layihələrin icrası tövsiyə olunub
# 17 avqust 2020 16:29 (UTC +04:00)

AMEA Yüksək Texnologiyalar Parkında (YTP) rezidentlər üçün nəzərdə tutulan güzəşt və imtiyazar məhsulların rəqabət üstünlüyünü daha da artıraraq, sadəcə idxal əvəzedici deyil, həm də ixrac potensialı yüksək olan məhsullara çevrilməsinə gətirib çıxaracaq. YTP-dən “APA-Economics”ə verilən məlumata görə, bunu Texnoparkın direktoru Vasif Abbasov rezidentlərlə görüşü zamanı deyib.

O, qurumun fəaliyyətinin Elmlər Akademiyası üçün əsas prioritet istiqamətlərdən birini təşkil etdiyini vurğulayaraq, YTP-nin Azərbaycan alimlərinin elmi-tədqiqat işlərinin innovativ məhsullara çevrilməsi və kommersiyalaşdırılması sahəsində müstəsna əhəmiyyətə malik olduğunu bildirib.

Texnoparkda rəqabətqabiliyyətli məhsulların istehsalı, ciddi elmi tədqiqatların aparılması, eləcə də innovativ layihələrin həyata keçirilməsinin əsas hədəflərdən olduğunu qeyd edən V. Abbasov rezidentlərə vəzifə və öhdəliklərini xatırladaraq onlardan mütəmadi olaraq elmtutumlu və ixracyönümlü layihələrin gözlənildiyini diqqətə çatdırıb.

Həmçinin, qurumun direktoru hər zaman rezidentlərin təkliflərini dinləməyə hazır olduğunu bildirərək, mövcud olan və yarana biləcək problemlərin müvafiq həlli yollarını birgə müəyyən etməyin məqsədəuyğun olduğunu bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR