Bank Of Baku

Abşeron dairəvi marşrutu üzrə qatarların şənbə və bazar günü qrafikində dəyişikliklər edilir

Abşeron dairəvi marşrutu üzrə qatarların şənbə və bazar günü qrafikində dəyişikliklər edilir
# 08 avqust 2025 22:47 (UTC +04:00)

Bakı - Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, sabahdan etibarən şənbə və bazar günlərində qatarların Abşeron dairəvi marşrutu üzrə hərəkət cədvəli dəyişdirilir.

APA xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib.

Abşeron dairəvi marşrutu üzrə hərəkət cədvəli aşağıdakı kimi təyin edilir:

Bakı – Xırdalan – Sumqayıt:

Saat 08:55, 09:15, 17:20, 18:20, 18:55, 19:45, 20:30.

Sumqayıt – Xırdalan - Bakı:

Saat 07:45, 08:00, 09:00, 09:40, 18:02, 18:45, 19:30.

Bakı-Pirşağı-Sumqayıt:

Saat 07:00, 08:00, 08:45, 09:10, 09:50, 10:50, 11:50, 16:50, 17:40, 18:25, 19:00, 19:25, 20:20, 21:00, 22:00, 23:00.

Sumqayıt-Pirşağı-Bakı:

Saat 06:45, 07:25, 08:00, 08:45, 09:52, 10:20, 11:00, 11:30, 12:05, 17:00, 18:20, 19:20, 19:55, 20:20, 21:00, 22:00.

Təmir işləri ilə əlaqədar bəzi reyslərdə qısamüddətli gecikmələr müşahidə oluna bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR