Bank Of Baku

ADSEA: Bakıətrafı ərazilərdə kanalizasiya şəbəkəsinin yaradılması ilə bağlı işlər aparılır

ADSEA: Bakıətrafı ərazilərdə kanalizasiya şəbəkəsinin yaradılması ilə bağlı işlər aparılır
# 23 oktyabr 2024 16:54 (UTC +04:00)

Bakının Baş Planına uyğun olaraq Bakıətrafı ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinə qoşulma ilə bağlı mərhələli işlər aparılır.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə heyətinin sədr müavini Cabbar Cabbarlı deyib.

O, bildirib ki, bu işlər investisiya tələb edir:

"Biz daxili imkanlar hesabına hansısa layihələri həyata keçirə biliriksə, bunları edirik. Amma böyük layihələrə investisiya çatmadığı üçün Bakıətrafı ərazilərdə hələ də kanalizasiya şəbəkəsi olmayan yerlər var. Bunlar əsasən Sabunçu rayonu, Bağlar massivi, Binəqədi, Suraxanı əraziləridir. Mərhələli formada həmin ərazilərdə kanalizasiya şəbəkəsinin yaradılması istiqamətində işlər aparılır. Bu ərazilərlə bağlı hələ ki, xarici maliyyə mənbələrindən investisiya cəlb edilməyib, işlər daxili vəsaitlər hesabına görülür".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR