"Azərbaycanın müxtəlif bölgələrində intensiv suvarmaya keçməliyik".
“APA-Economics” xəbər verir ki, bunu Zabuxçay su anbarına mediatur zamanı jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi İlham Quliyev deyib.
O qeyd edib ki, bu sistem həm su qənaətinə, həm də məhsulun istənilən vaxtda suvarılmasına gətirir:
“Ona görə də demək olar bütün rayonlarda bu sistemə keçilir. İntensiv suvarma tətbiq edilən sahələrdə həm texnologiyalara, həm də əkin istehsalçılarına subsidiyalar verilir ki, bu istiqamətdə maraq daha da artsın. Dövlət maraqlıdır ki, subsidiyalar vasitəsilə əsas intensiv suvarma üsullarına keçsin”.