Bank Of Baku

ADY: Abşeron dairəvi dəmir yolu ilə rekord sayda sərnişin daşınıb

ADY: Abşeron dairəvi dəmir yolu ilə rekord sayda sərnişin daşınıb
# 22 sentyabr 2025 18:03 (UTC +04:00)

Abşeron dairəvi dəmir yolu xətti üzrə yeni qrafikin tətbiqi nəticəsində rekord sayda sərnişin daşınıb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) "APA-Economics"ə verilən məlumata görə, 15-21 sentyabr həftəsində Abşeron dairəvi marşrutu üzrə ümumilikdə 231 655 sərnişin, o cümlədən 16 sentyabrda 42 490 sərnişin səfər edib. Bu, həm həftəlik, həm də günlük rekord göstəricilərdir.

Sumqayıt-Bakı istiqamətində səfər edən sərnişinlərin sayında gündəlik 10%-ə yaxın artım qeydə alınıb.

Bundan başqa, reys sayının artırılması nəticəsində ötən ilin eyni dövrü ilə müqayisədə qatarlardakı sıxlıq 18 faiz azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR