“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutu üzrə daha çox sərnişini rahat və təhlükəsiz mənzilbaşına çatdırmaq üçün 22,23,24 və 25 avqust tarixlərində əlavə reyslər təyin edir.
ADY-dən “APA-Economics”ə verilən məlumata görə, bundan əlavə, sərnişinlər bu xətt üzrə ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hərəkət edən qatarlarla hər iki istiqamətdə səfər edə bilər.
Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.