ADY Bakı–Balakən-Bakı istiqaməti üzrə qatarların sayını artıracaq

ADY Bakı–Balakən-Bakı istiqaməti üzrə qatarların sayını artıracaq
# 24 iyun 2025 15:48 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 25 iyunda Bakıdan Balakənə, 26 iyunda isə Balakəndən Bakıya yola düşəcək qatarın vaqon sayını artıracaq.

ADY-dən “APA-Economics”ə verilən məlumata görə, Bakı–Balakən və Balakən-Bakı istiqamətinə hərəkət edəcək qatara 3-ü “Standart” və 3-ü “Standart+” olmaqla ümumilikdə 6 vaqon qoşulacaq.

Qeyd olunan tarixlərdə qatar ümumilikdə 11 vaqonla hərəkət edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR