Bank Of Baku

ADY bayram günlərində 130 mindən çox sərnişin daşıyıb

ADY bayram günlərində 130 mindən çox sərnişin daşıyıb
# 01 aprel 2025 13:12 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günlərində şəhərətrafı və rayonlararası qatarlarla 130 mindən çox sərnişin daşıyıb.

ADY-dən “APA-Economics”ə verilən məlumata görə, 20-31 mart tarixlərində 132 124 nəfər daşınıb.

Qeyd olunan tarixlərdə Abşeron dairəvi dəmir yolu ilə 106 006 nəfər, Bakı-Ağstafa-Bakı marşrutu üzrə 17 763 nəfər, Bakı-Balakən-Bakı marşrutu üzrə 4 231 nəfər, Bakı-Qəbələ-Bakı marşrutu üzrə isə 4 124 nəfər rahat və təhlükəsiz səfər edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR