Bank Of Baku

ADY qadınların səlahiyyət və iş imkanlarının genişləndirilməsi üzrə tədbirlər görür

ADY qadınların səlahiyyət və iş imkanlarının genişləndirilməsi üzrə tədbirlər görür
# 16 dekabr 2024 17:31 (UTC +04:00)

Ötən həftə Dünya Bankının təşkilatçılığı ilə Bakıda keçirilmiş Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) proqramı çərçivəsində "2023-2024-cü illərdə əmək bazarında daha yaxşı nəticələr əldə etmələri üçün qadın kapitalının artırılması" adlı Məsləhət və Analitika (AMA) proqramı yekunlaşıb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) "APA-Economics"ə verilən məlumata görə, yekun tədbirdə çıxış edən ADY-nin Kommunikasiya departamentinin rəhbəri Aybəniz İsmayılova dəmir yollarında qadınların səlahiyyət və iş imkanlarının genişləndirilməsi üzrə görülən tədbirlər barədə məlumat verib.

Qeyd edək ki, ADY-nin də iştirakı ilə qadınların məşğulluq və liderlik imkanlarının artırılması və dəstəklənməsinə dair praktiki tövsiyələr vermək məqsədilə proqramın "Azərbaycanda qadınların məşğulluğu qarşısındakı maneələrin aradan qaldırılması" adlı hesabatı hazırlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR