Bank Of Baku

ADY qeyri-sabit hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır

ADY qeyri-sabit hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır
# 14 yanvar 2026 09:45 (UTC +04:00)

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

ADY-dən "APA-EConomics"ə verilən məlumata görə, Qatarların sürət həddi hava şəraitinə uyğun olaraq tənzimlənir. Bu səbəbdən qrafikdən qismən kənara çıxma halları müşahidə oluna bilər.

"Sərnişinlərdən platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmiryol xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur", - məlumatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR