Bank Of Baku

ADY sədri: Bakı-Astara istiqamətində tikinti işlərinə növbəti ildən başlanacaq

Rövşən Rüstəmov

© APA | Rövşən Rüstəmov

# 12 iyun 2024 13:49 (UTC +04:00)

"Dəmir yolları infrastrukturunun müasirləşdirilməsi xüsusi proqram üzərindən həyata keçirilir. Qəbul edirik ki, bütün bu infrastruktur quruculuğunun bir ildə sona çatdırılması mümkün deyil".

"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov bu gün İsveçrə şirkətinin istehsalı olan yeni, müasir və komfortlu “Stadler” qatarlarının istifadəyə verilməsi ilə bağlı tədbirdə deyib.

O bildirib ki, hal-hazırda Bakı-Yalama istiqamətində yollar yenidən qurulur. Növbəti ilin I rübündə bu yolda təmir işləri başa çatdırılacaq.

“Şimal-Cənub nəqliyyat dəhlizi üzərində olan Bakı-Astara istiqamətində işlər xüsusi plan üzərindən yerinə yetiriləcək. Növbəti ildən etibarən isə bu yolda layihələndirmə və tikinti işlərinə başlanması hədəflənir”-ADY sədri qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR