Bank Of Baku

"Aeroflot" ABŞ, Meksika, Dominikan və Kubaya uçuşları ləğv edir

"Aeroflot" ABŞ, Meksika, Dominikan və Kubaya uçuşları ləğv edir
# 28 fevral 2022 14:53 (UTC +04:00)

"Aeroflot" şirkəti fevralın 28-dən martın 2-dək ABŞ, Meksika, Dominikan Respublikası və Kubaya uçuşları ləğv edir.

"APA-Economics" xəbər verir ki, bu barədə aviadaşıyıcının açıqlamasında deyilir.

Bildirilir ki, uçuşların ləğvi Rusiya təyyarələri üçün hava məkanının bağlanması ilə əlaqədardır.

"Aeroflot"un Moskvadan Kankun (Meksika), Los-Anceles, Mayami, Nyu-York, Vaşinqton (ABŞ), Havana, Varadero (Kuba), Punta Kanaya (Dominikan Respublikası) transatlantik reysləri ləğv edilib.

Xatırladaq ki, fevralın 27-də Avropa İttifaqı (Aİ) öz hava məkanını Rusiya təyyarələri üçün bağlamaq və Rusiya aviadaşıyıcılarına Aİ ərazisi üzərində eniş, uçuş və keçməyi qadağan etmək qərarına gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR