Bank Of Baku

"Aeroflot" bütün beynəlxalq aviareysləri dayandırır - VİDEO

"Aeroflot" bütün beynəlxalq aviareysləri dayandırır - VİDEO
# 05 mart 2022 16:32 (UTC +04:00)

Rusiyanın ən böyük aviaşirkəti "Aeroflot" martın 8-dən Minskə uçuşlar istisna olmaqla, bütün xarici aviareyslərin yerinə yetirilməsini dayandırır. Martın 6-dan etibarən beynəlxalq reyslərə martın 8-dən sonra Rusiyaya dönüş bileti olan sərnişinlər buraxılmayacaq.

"APA-Economics" xəbər verir ki, bu barədə aviadaşıyıcının məlumatında deyilir.

Qeyd olunur ki, ləğv həmçinin "Rossiya" və "Avrora" aviaşirkətlərinin (SU5400-5799 və SU5950-6999 diapazonunda uçuşlar) cədvəlindəki beynəlxalq istiqamətlərə də şamil edilir.

Rusiyaya geri qayıdış reyslərindən istifadənin mümkünsüzlüyü risklərini azaltmaq üçün "Aeroflot" martın 6-dan (Moskva vaxtı ilə saat 00:00-dan) 8 martdan sonra Rusiya Federasiyasına gediş-gəliş bileti olan beynəlxalq reyslərə sərnişinlərin qəbulunu dayandıracaq. Rusiyadan bir istiqamətə uçan sərnişinlər uçuş dayandırılana qədər aviareyslərə buraxılacaq.

Şirkər daxili aviareyslər üzrə uçuşların yerinə yetirilməsini davam etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR