Bank Of Baku

Aeroport: İkinci çarter reysinin təyyarəsi bu gün Bakıya enəcək

Aeroport: İkinci çarter reysinin təyyarəsi bu gün Bakıya enəcək
# 28 fevral 2022 13:45 (UTC +04:00)

Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirmək üçün təşkil olunan ikinci çarter reysinin təyyarəsi bu gün saat 23:10-da Bakıya enəcək.

Bu barədə “APA-Economics”ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Ukraynadakı vəziyyətlə əlaqədar ölkəni tərk edərək qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirmək üçün iki çarter reysi təşkil edilib.

"Azərbaycan Hava Yolları" (AZAL) tərəfindən Rumıniyadan həyata keçirilən çarter reysləri ilə 174 Azərbaycan vətəndaşı ölkəyə qayıdacaq. Vətəndaşların artıq bir qismini birinci reyslə bu gün səhər saatlarında geri dönüblər.

Qeyd edək ki, Türkiyənin "Tailwind" aviaşirkəti ilə də daha 168 vətəndaş Bakıya çatdırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR