Ağdərə şəhərində 190 evin tikintisi nəzərdə tutulur.
“APA-Economics” xəbər verir ki, bunu Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsi zamanı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin İcraçı direktorun köməkçisi Həmid Mehdiyev deyib.
O bildirib ki, Xocalıda 56, Malbəyli və digər kəndlərdə 120 yaşayış binasının tikintisi nəzərdə tutulur: "Suqovuşanda 5 ədəd 5 mərtəbəli binanın tikintisi yekunlaşmaq mərhələsindədir".
H. Mehdiyev qeyd edib ki, Xankəndi şəhərinə məcburi köçkünlərin qayıdışı hələ başlamayıb: “Lakin 5 mindən çox dövlət və qeyri-dövlət strukturlarının nümayəndələri, əməkdaşlar orda yaşayır. Qarabağ Universitetinin fəaliyyətə başlaması ilə Xankəndidə 1200 tələbə məskunlaşıb".