Bank Of Baku

Agentlik rəisi: Nəqliyyat məsələsində həm təhlükəsizlik, həm də ətraf mühitin çirklənməməsi təmin edilməlidir

Agentlik rəisi:  Nəqliyyat məsələsində həm təhlükəsizlik, həm də ətraf mühitin çirklənməməsi təmin edilməlidir
# 01 oktyabr 2024 17:02 (UTC +04:00)

“Nəqliyyat məsələsində bir tərəfdən təhlükəsizlik, digər tərəfdən ətraf mühitin çirklənməməsi təmin edilməlidir”.


APA xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev "Sıfır emissiyalı dəniz, yük logistikası və nəqliyyat “ mövzusunda keçirilən paneldə deyib.

O bildirib ki, ətraf mühit üçün risk çoxdur: “Riskli malların daşınması xüsusi nəqliyyat tələb edir ki, bu da nəqliyyat xərclərini və emissiyaların artmasını tələb edir. Bunun qarşısını almaq üçün yol elektrikli avtomobillərdir. Texnologiyalar sürətlə inkişaf edir. Bir sıra logistika şirkəti elektrikli yük maşınlarını test edir. Digər çıxış yolu isə optimallaşdırma məsələləridir. Biz real vaxt rejimində izlənilməsi lazım olmayan səfərlərin qarşısını ala bilərik. Təhlükəli maddələrin daşınması üçün dövlət-özəl tərəfdaşlığı son dərəcə önəmlidir. Biz ətraf mühitlə bağlı olan ciddi nailiyyətlər əldə edə bilərik. Biz şirkətlərə yeni innovativ texnologiyalara sərmayə qoymağa həvəsləndirəcəyik. Bu da bizim strategiyamızın əsas hissələrindən biridir. Ona görə də birgə şəkildə yer kürəmizin deqradasiyasına deyil, onun inkişafına sərmayə qoymalıyıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR