Bank Of Baku

Alman şirkətləri Xəzərdə gəmilər üçün texnologiyalar təklif etməyə hazırdır

Alman şirkətləri Xəzərdə gəmilər üçün texnologiyalar təklif etməyə hazırdır
# 07 oktyabr 2025 12:11 (UTC +04:00)

Alman şirkətləri Xəzər dənizində gəmilər üçün texnologiyalar təklif etməyə hazırdır.

APA-Economics” xəbər verir ki, bunu "AHK Azərbaycan"ın icraçı direktoru Nargis Vik deyib.

Onun sözlərinə görə, Almaniya şirkətləri Xəzər dənizində istifadə ediləcək gəmilər və mövcud donanmanın modernləşdirilməsi üzrə innovativ texnologiyalar təqdim etməyə hazırdırlar.

“İki həftə əvvəl Almaniya dəniz klasterindən nümayəndə heyəti Azərbaycana səfər etdi. Bu şirkətlər yalnız yeni texnologiyalarla təmin etmək deyil, həm də mövcud gəmilərin uyğunlaşdırılması üçün həllər təqdim etməyə hazırdırlar”, – deyə N. Vik qeyd edib.

O əlavə edib ki, digər vacib sahə su idarəçiliyidir: "Azərbaycanın bu istiqamətdə ciddi çağırışlarla üzləşdiyini bilirik və bu sahədə əməkdaşlıq böyük əhəmiyyət daşıyır. Bundan başqa, kənd təsərrüfatı, xüsusilə də qida və içki istehsalı sahəsində əməkdaşlıq imkanları müzakirə olunur. Burada artıq Qida Təhlükəsizliyi Agentliyi ilə danışıqlar aparılır. Sonuncu fokus sahəmiz isə rəqəmsallaşmadır. İstər ağıllı emal, istər ağıllı sənaye – bütün bunlar rəqəmsal transformasiya ilə bağlıdır. Azərbaycanın sənayeləşmə və diversifikasiya mərhələsində innovasiya və rəqəmsallaşma xüsusi əhəmiyyət kəsb edir"- N.Vik vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR