Bu gün “Alstom Transportation S.A.” şirkəti “Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) tərəflər arasında imzalanmış müqavilə əsasında 40-cı yük lokomotivini təhvil verib.
“APA-Economics”in verdiyi məlumata görə, bu barədə Azərbaycanın Qazaxıstandakı səfirliyi "Twitter" hesabında paylaşım edib.
“Bu gün Nur-Sultan şəhərində keçirilən “Azərbaycan Dəmir Yolları" QSC və “Alstom Transportation S.A.” arasında müqavilə əsasında 40-cı yük lokomotivinin təntənəli təhvil verilməsi mərasimində səfirliyin və QSC-nin nümayəndələri iştirak edib”, - paylaşımda bildirilir.