Bank Of Baku

AMB rəqəmsal bankçılığın payını 80%-ə çatdırmağı hədəfləyir

AMB rəqəmsal bankçılığın payını 80%-ə çatdırmağı hədəfləyir
# 21 fevral 2022 17:46 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) bu il bank müştərilərinin cari hesablarından aparılan köçürmələrin rəqəmsal bankçılıq kanallarına düşən payını 80%-ə çatdırılmasını hədəfləyir.

"APA-Economics"in AMB-yə istinadən verdiyi məlumata görə, bundan əlavə, requlyator ödəniş kartları ilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisini 40%-ə çatdırmaq niyyətindədir. Hazırda bu göstərici 30% civarındadır.

Qeyd edək ki, 2021-ci il ərzində bank müştərilərinin cari hesablarından aparılan köçürmələrin həcmi 224,5 mlrd. manat təşkil edib, sözügedən məbləğin 73%-i (163,1 mlrd. manat) məhz rəqəmsal bankçılığın payına düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR