Bank Of Baku

Araz dəhlizi ilə əlaqədar görülən işlər açıqlanıb

İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq

© APA | İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq

# 14 oktyabr 2025 14:29 (UTC +04:00)

Araz dəhlizi ilə əlaqədar görülən işlər açıqlanıb.

Bunu APA-nın İrana ezam olunmuş əməkdaşına İran yol və şəhərsalma naziri Fərzanə Sadiq bildirib.

“Ağbənd-Kəlalə körpüsü Azərbaycan tərəfindən inşa olunur. Körpünün tikildiyi ərazidə sahil bərkitmə işlərinin cari ilin sonuna qədər tamamlanması nəzərdə tutulur. Eyni zamanda, həmin körpünün yerləşdiyi ərazidəki terminalın da tikintisinin gələn il Novruz bayramınadək başa çatdırılması planlaşdırılır. Yəni həmin infrastrukturdan istifadə etmək mümkün olacaq. Hazırda Ağbənd-Kəlalə körpüsündən İran ərazisindən Culfaya qədər yolun genişləndirilməsi işləri həyata keçirilir. Həmin yolun üzərində çoxsaylı körpülər və tunellər olacaq. Həmin yol İranda dağlıq ərazidən keçəcək. Hazırda tunellərin tikintisi həyata keçirilir ki, bu da çətin mühəndis fəaliyyəti tələb edir. Tunellərin tikintisini yaxın 1-2 il ərzində başa çatdırmağı planlaşdırırıq. Körpü və terminalın tikintisi başa çatdıqdan sonra bu, bölgənin və ölkələrimizin inkişafına öz töhfəsini verəcək ”, - iranlı nazir vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR