Bank Of Baku

AYNA: Bakıda avtobus zolaqlarının uzunluğu 160 km olacaq

AYNA: Bakıda avtobus zolaqlarının uzunluğu 160 km olacaq
# 29 yanvar 2025 12:13 (UTC +04:00)

Bakıda avtobusların yolda olma müddətinin orta hesabla 6 dəqiqə azalacağı gözlənilir.

Bu barədə "APA-Economics"ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Eyni zamanda, paytaxtda avtobus zolaqlarının uzunluğunun 160 kilometrə çatdırılması planlaşdırılır. Həmçinin avtobus parkının genişləndirilməsi və gündəlik xəttə çıxarılan avtobusların sayının 2800-ə çatdırılması da nəzərdə tutulur.

2030-cu ilədək Bakıda avtobus parkı əsasən ekoloji təmiz avtobuslardan (elektrik və CNG) ibarət olacaq. Elektrik avtobuslar üçün 10 deponun tikintisi və modernləşdirilməsi nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR