AYNA Xocalı prospektində narazılıq yaradan nişanlanma xətlərində dəyişiklik edib

AYNA Xocalı prospektində narazılıq yaradan nişanlanma xətlərində dəyişiklik edib
# 20 sentyabr 2024 09:31 (UTC +04:00)

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakının Xətai rayonu Xocalı prospektində nişanlanmalar sürücülərdə narazılıq yaradıb. Belə ki, yolun sol xətti velosiped, sağ xətti isə avtobus üçün ayrılıb. Bu da hərəkətin intensivliyinə təsir göstərib. Bundan başqa, parklanma yerinə keçmək üçün sürücülər məcbur olub avtobus zolağına daxil olurdular ki, bu da cərimələnmələrə səbəb olurdu.

AYNA-dan "APA-Economics"in sorğusuna cavab olaraq bildirilib ki, Xocalı prospektində nişanlanmalar yenidən təşkil edilib. Velosiped zolağı və parklanma yerləri saxlanılaraq avtomobillərin hərəkəti üçün zolaqların sayı 2-yə çatdırılıb. Parklanma yerlərinə giriş-çıxış üçün zolaqda yerlər də ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR