Bank Of Baku

Azad olunmuş ərazilərdə yeni aeroportun tikilməsi hələlik planlaşdırılmayıb

Azad olunmuş ərazilərdə yeni aeroportun tikilməsi hələlik planlaşdırılmayıb
# 19 iyun 2025 15:01 (UTC +04:00)

Azad olunmuş ərazilərdə növbəti beynəlxalq aeroportun tikilməsi hələlik planlaşdırılmayıb.

Bu barədə “APA-Economics”ə açıqlamasında “Azərbaycan Hava Limanları”nın Əməliyyatlar üzrə Direktoru Teymur Həsənov bildirib.

O qeyd edib ki, azad olunmuş ərazilərdə sonuncu hava limanı Laçında tikilib, tikinti işləri 4 il davam edib.

Bununla da ölkədə hava limanlarının sayı 9-a çatıb.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə müasir standartlara cavab verən Füzuli və Zəngilan Beynəlxalq Hava limanları da inşa olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR