Bank Of Baku

AZAL Almatı şəhərinə reysləri ləğv edib

AZAL Almatı şəhərinə reysləri ləğv edib
# 05 yanvar 2022 19:37 (UTC +04:00)

AZAL Almatı şəhərinə həyata keçirilən reysləri ləğv edir.

APA-nın məlumatına görə, bu barədə "Azərbaycan Hava Yolları QSC"-nin Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib.

“Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və ya pulsuz yenidən rezervasiya təklif olunacaq”, - məlumatda vurğulanıb.

Xatırladaq ki, Bakı-Almatı üzrə reyslər aviaşirkət tərəfindən həftənin cümə günləri, Almatı-Bakı reysi isə şənbə günləri həyata keçirilirdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR