Bank Of Baku

AZAL-dan Mərkəzi Asiya və Yaxın Şərq şəhərlərinə aviabiletlərə endirim kampaniyası

AZAL-dan Mərkəzi Asiya və Yaxın Şərq şəhərlərinə aviabiletlərə endirim kampaniyası
# 24 oktyabr 2024 17:21 (UTC +04:00)

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Ciddə, Bəhreyn, Daşkənd, Ürgənc və Bişkek istiqamətləri üzrə uçuşlara sərfəli tariflər təklif edərək yeni aksiyaya start verir.

AZAL-dan "APA-Economics"ə verilən məlumata görə, kampaniya çərçivəsində xüsusi qiymətlər noyabrın 25-nə kimi əldə edilən aviabiletlərə tətbiq edilir. Həmçinin yüksək tələbat dövrləri istisna olmaqla, aviaşirkətin 25 oktyabr-25 noyabr 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur.

Təklif bu şəhərlərə səyahətinizi əlverişli qiymətlərlə planlaşdırmaq imkanı yaradır.

Aksiya çərçivəsində aşağıdakı qiymətlər təklif olunur:

Bakı-Ciddə:

- bir tərəfə 119 €-dan;

- gediş-dönüş 209 €-dan.

Ciddə-Bakı:

- bir tərəfə 129 $-dan;

- gediş-dönüş 229 $-dan.

Bakı-Bəhreyn:

- bir tərəfə 99 €-dan;

- gediş-dönüş 179 €-dan.

Bəhreyn-Bakı:

- bir tərəfə 99 $-dan;

- gediş-dönüş 189 $-dan.

Bakı-Daşkənd:

- bir tərəfə 99 €-dan;

- gediş-dönüş 179 €-dan.

Daşkənd-Bakı:

- bir tərəfə 99 $-dan;

- gediş-dönüş 189 $-dan.

Bakı-Ürgənc:

- bir tərəfə 99 €-dan;

- gediş-dönüş 169 €-dan.

Ürgənc-Bakı:

- bir tərəfə 89 $-dan;

- gediş-dönüş 179 $-dan.

Bakı-Bişkek:

- bir tərəfə 99 €-dan;

- gediş-dönüş 179 €-dan.

Bişkek-Bakı:

- bir tərəfə 99 $-dan;

- gediş-dönüş 189 $-dan.

Bakıdan Ürgənc və Bişkekə reyslər həftədə 1 dəfə, Bəhreynə - həftədə 2 dəfə, Ciddəyə - həftədə 3 dəfə, Daşkəndə isə həftədə 4 dəfə həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR