Bank Of Baku

AZAL: J2-8243 reysinin anımına həsr olunmuş poçt markasının 5000-ə yaxın nüsxəsi çap edilib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) vitse-prezidenti İlham Əmirov

© APA | "Azərbaycan Hava Yolları" QSC (AZAL) vitse-prezidenti İlham Əmirov

# 23 dekabr 2025 11:31 (UTC +04:00)

AZAL və “Azərpoçt”un birgə təşəbbüsü ilə xüsusi poçt markası hazırlanıb. Markanın üzərində sonsuzluq işarəsi və uçuşun nömrəsi əks olunub.

APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Hava Yolları" QSC (AZAL) vitse-prezidenti İlham Əmirov deyib.

İlham Əmirov qeyd edib ki, bu poçt markası kiçik simvol olsa da, bütün dünyaya yayılacaq və baş vermiş hadisə ilə bağlı insanların məlumatlandırılmasına xidmət edəcək:

“Poçt markalarının satışından əldə olunan vəsait şəhid ailələrinin övladlarına, xüsusilə onların təhsilinə yönəldiləcək, eyni zamanda sosial yardım məqsədilə istifadə olunacaq. İlkin mərhələdə simvolik olaraq 5000-ə yaxın nüsxə çap edilib. Lakin tələbat artacağı təqdirdə, poçt markalarının tirajının da artırılması nəzərdə tutulur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR