Bank Of Baku

AZAL Naxçıvana uçuşlar üçün Ermənistana ödəniş edib

AZAL Naxçıvana uçuşlar üçün Ermənistana ödəniş edib
# 16 fevral 2022 17:57 (UTC +04:00)

Azərbaycanın milli aviadaşıyıcısı olan "Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) Ermənistana aeronaviqasiya xidmətlərinə görə təxminən 32 min avro ödəyib.

"APA-Economics"in məlumatına görə, bu barədə "Sputnik Armenia" Ermənistanın Mülki Aviasiya Komitəsinə istinadən xəbər verir.

Qeyd olunur ki, ötən ilin oktyabrın 6-dan AZAL Bakıdan Naxçıvana sərnişin reyslərinin həyata keçirilməsi üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.

"Bildiririk ki, 2021-ci il oktyabrın 6-dan dekabrın 31-dək "Armaeronaviqasiya" tərəfindən AZAL-a aeronaviqasiya xidmətlərinin göstərilməsi üçün şirkət EUROCONTROL beynəlxalq təşkilatının mərkəzi marşrut haqları üzrə ofisi vasitəsi ilə 31 901,77 avro ödəyib", - məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR