Bank Of Baku

AZAL Təl-Əvivdən Bakıya səyahət edən sərnişinlərə müraciət edib

AZAL Təl-Əvivdən Bakıya səyahət edən sərnişinlərə müraciət edib
# 17 dekabr 2021 15:23 (UTC +04:00)

"Azərbaycan Hava Yolları" QSC (AZAL) reysləri ilə Təl-Əvivdən Bakıya səyahət edən sərnişinlərinə aid məlumat yayıb.

AZAL-dan "APA-Economics"ə verilən məlumata görə, 2022-ci il yanvarın 17-dən 31-dək Təl-Əviv hava limanında (TLV) sərnişinlərə xidmət sisteminin təkmilləşdirilməsi istiqamətində aparılan işlərlə əlaqədar olaraq, AZAL-ın Tel-Əviv-Bakı marşrutu üzrə reyslərinin qeydiyyatı və baqaj qəbulu müvəqqəti olaraq Ben Qurion adına Beynəlxalq Hava Limanının 1-ci Terminalında həyata keçiriləcək.

"Uçuşu bu elanda göstərilən tarixlər aralığına düşən sərnişinlərdən xahiş olunur ki, Tel-Əviv hava limanının birinci terminalında qeydiyyatdan keçsinlər", - məlumatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR