Bank Of Baku

Azərbaycan Avropa və Asiyanın vençur fondları ilə danışıqlar aparır

Rəşad Nəbiyev

© APA | Rəşad Nəbiyev

# 07 fevral 2022 14:49 (UTC +04:00)

Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Avropa və Asiya ölkələrindən olan vençur fondları ilə əməkdaşlığa dair danışıqlar aparılır.

"APA-Economics" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev jurnalistlərə aşıqlamasında deyib.

Onun sözlərinə görə, bu fondların hər hansı ölkəyə mənsubluğu bir o qədər də önəmli deyil: "Önəmli olan onların hansı səviyyədə inkişaf etmələridir. Bu baxımdan biz Avropa və Asiya ölkələrdən olan müxtəlif vençur fondları ilə hazırda danışıqlar aparırıq".

Nazir həmçinin əlavə edib ki, 26-29 may tarixlərində Bakıda ilk dəfə keçiriləcək Aerokosmik və Texnologiya Festivalı ("TEKNOFEST Azərbaycan") çərçivəsində "Take Off" sammiti də təşkil olunacaq. Burada yüksək potensialı olan Azərbaycan startapları öz məhsullarını vençur fondlarına təqdim edə biləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR