Bu ilin yanvar ayında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 303,1 mln. manat olmaqla, əvvəlki ilin yanvar ayı ilə müqayisədə 28,3% artıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə yanacaq mazutunun istehsalı 18,3 dəfə, avtomobil benzininin istehsalı 40,8%, sürtkü yağlarının istehsalı 20,7% artıb, dizel yanacağının istehsalı 0,8%, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 13,6%, neft koksunun istehsalı ise 18,3% azalmışdır.
Azərbaycanda neft məhsullarının dinamikası:
|
Məhsul növləri |
Yanvar 2022-ci il |
İllik müqayisə, % |
|
Avtomobil benzini, min ton |
121,4 |
140,8 |
|
Neft-kimya sənayesində istifadə üçün benzin, min ton |
33,8 |
86,4 |
|
Ağ neft, min ton |
50,1 |
167,6 |
|
Dizel yanacağı, min ton |
187,8 |
99,2 |
|
Yanacaq mazutu, min ton |
33 |
18,3 dəfə |
|
Sürtkü yağları, min ton |
3,5 |
120,7 |
|
Neft bitumu, min ton |
15,9 |
2,8 dəfə |
|
Neft koksu, min ton |
17 |
81,7 |