Bank Of Baku

Azərbaycan əhalisinin 87%-i son bir ildə telefon və ya internet dələduzluğu ilə qarşılaşıb

Azərbaycan əhalisinin 87%-i son bir ildə telefon və ya internet dələduzluğu ilə qarşılaşıb
# 13 dekabr 2021 11:00 (UTC +04:00)

Son bir ildə Azərbaycan əhalisinin 87%-i telefon və ya internet dələduzluğu ilə qarşılaşıb. "APA-Economics" xəbər verir ki, bunu "Azərbaycanda pandemiya dövründə dələduzluq" adlı onlayn mətbuat konfransına çıxış edən "Kaspersky" şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov deyib.

Onun sözlərinə görə, şirkət tərəfindən aparılan sorğular Bakı, Sumqayıt və Gəncədə yaşayan 18 yaşdan yuxarı olan əhali arasında aparılıb.

"Belə qənaətə gəlmək olar ki, sorğuda iştirak edənlərdən 10 nəfərdən biri dələduzluqla üzləşıb", - deyə M. Məmmədov qeyd edib.

Dələduzluq hallarının 80%-i mətn mesajları vasitəsi ilə (SMS, "WhatsApp", "Viber"), 32%-i sosial şəbəkələr üzərindən, 28%-i isə telefon zəngi ilə həyata keçirilib.

"Bizim sorğuya əsasən, dələduzların qurbanı olanların hər 6-dan biri orta hesabla 25 manata yaxın məbləği itirib. Bu, ortalama rəqəmdir. Əlbəttə, ondan da böyük rəqəmlər olur", - deyə M. Məmmədov qeyd edib.

Şirkət rəsmisi aparılan araşdırmanın pandemiya və ümumi özünütəcrid fonunda dələduzluğun getdikcə genişləndiyini, ölkə sakinləri üçün bu təhdidin miqyası daha da böyüdüyünü əlavə edib.

"Bu gün dünyada sosial mühəndislik vasitəsilə insanların aldadılması üzrə bütöv bir sənaye mövcuddur. Onunla mübarizə yalnız bazardakı bütün iştirakçıların müştərək fəaliyyəti, o cümlədən müştərilərin maliyyə savadlılığını artırmaqla mümkündür" - deyə M. Məmmədov bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR