Bank Of Baku

Azərbaycan Gürcüstandan avtomobil idxalını azaldıb

Azərbaycan Gürcüstandan avtomobil idxalını azaldıb
# 20 oktyabr 2025 11:50 (UTC +04:00)

Bu ilin ilk doqquz ayında Azərbaycan Gürcüstandan ümumi dəyəri 170,4 milyon ABŞ dolları olan 6 367 ədəd minik avtomobili idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalından məlum olur.

İllik müqayisədə avtomobillərin sayı 3 840 ədəd və yaxud 37,6% azalıb.

Yanvar-sentyabrda Gürcüstandan ümumilikdə 2,1 milyard ABŞ dolları dəyərində 82 527 ədəd minik avtomobili təkrar ixrac olunub ki, bunun da 7,72%-i Azərbaycanın payına düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR