Bank Of Baku

Azərbaycan İsrail şirkəti ilə nəqliyyat sahəsində əməkdaşlıq edə bilər

Azərbaycan İsrail şirkəti ilə nəqliyyat sahəsində əməkdaşlıq edə bilər
# 10 aprel 2025 10:09 (UTC +04:00)

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İsrailin yol infrastrukturu şirkəti “Netivei Israil”in rəhbərliyi ilə görüş keçirib.

APA-Economics” xəbər verir ki, görüş zamanı İsrailin şəhər nəqliyyatının idarəedilməsi daxil olmaqla avtomobil və dəmiryolu üzrə icra olunan layihələrə dair təqdimatlar edilib, bu sahədə rəqəmsallaşmanın tətbiqi haqqında məlumat verilib.

Qarşı tərəf Azərbaycanla yol nəqliyyatı, o cümlədən dəmiryol nəqliyyatı sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Həmçinin Azərbaycan şirkətlərinin İsraildə həyata keçirilən yol-nəqliyyat infrastrukturu layihələrində iştirakına dair fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR