Bank Of Baku

Azərbaycan qazının Bolqarıstana nəql edəcək qaz kəmərinin tikintisinə bu ay başlanacaq

Azərbaycan qazının Bolqarıstana nəql edəcək qaz kəmərinin tikintisinə bu ay başlanacaq
# 02 may 2019 11:57 (UTC +04:00)

Azərbaycan qazının Bolqarıstana nəqli nəzərdə tutan Yunanıstan-Bolqarıstan birləşdirici kəmərinin (IGB) tikintisinə bu ilin may ayının 20-də başlanacaq. ONA-nın "Euroactiv"ə istinadən verdiyi xəbərə görə, bunu Bolqarıstanın baş naziri Boyko Borisov deyib.

IGB-in ilkin ötürülmə gücü 3 mlrd. kubmetr olacaq.

Qeyd edək ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. "Sahdəniz" qazının Avropaya nəqli Canub Qaz Dəhlizi ilə mümkün olacaq.

Xatırladaq ki, bu ilin aprel ayının əvvəli Avropa Komissiyası IGB-nin tikintisinə 33 mln. avro vəsaitin ayrılmasını təsdiq edib. Bu vəsait Komotini (Yunanıstan) və Stara Zaqora (Bolqarıstan) arasında 182 km-lik birləşdirici qaz kəmərinin tikintisinə sərf ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR