Bank Of Baku

Azərbaycan və İran Araz çayı üzərində su anbarlarının tikintisini başa çatdırıb

Seyid Abbas Musəvi

© APA | Seyid Abbas Musəvi

# 10 fevral 2022 11:48 (UTC +04:00)

"Araz çayı üzərində su anbarlarının tikintisi başa çatıb, hazırda turbinlərin qurulması mərhələsindəyik. Ümid edirik, onlardan birində tezliklə turbin qurulsun və istifadəyə verilsin".

APA-nın xəbərinə görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan-İran diplomatik münasibətlərinin 30-cu il dönümünə həsr olunmuş mətbuat konfransında deyib.

"Biz Araz çayının su mənbələrinin birgə istifadəsinin 50 illiyini qeyd etdik. Bəziləri imkan versə, əməkdaşlığımız digərlərinə nümunə ola biləcək", - səfir bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR