Bank Of Baku

Azərbaycan və Türkiyə yeni layihələr icra edəcək

Azərbaycan və Türkiyə yeni layihələr icra edəcək
# 23 fevral 2022 14:36 (UTC +04:00)

Türkiyənin 4-cü Sənaye İnqilabı Mərkəzi Azərbaycan sənayesində texnologiyanın geniş tətbiqi istiqamətində birgə layihələr icra edəcək.

Bunu "APA-Economics"ə Türkiyə Metal Sənayesi İşəgötürənlər Birliyinin (MESS) Texnoloji Mərkəzinin icraçı direktoru Efe Erdem deyib.

Onun sözlərinə görə, bu istiqamətdə Türkiyənin yeni həllər və xidmətlərinin Azərbaycanda tətbiqi nəzərdə tutulur.

"İlk növbədə, biz kimya sənayesi sektorundan maraq gördük. Bu istiqamətdə bəzi layihələrimiz olacaq. Eyni zamanda, qida sənayesi və mədənçilik sahələrində də rəqəmsallaşma işlərinin icrası gözlənilir", - deyə E. Erdem qeyd edib.

O həmçinin əlavə edib ki, 4-cü Sənaye İnqilabının texnologiyaları sayılan proqram təminatlarının və süni intellektin tədricən gündəlik həyata daxil olunması ilə yeni iş sahələri yaradılacaq, bu da öz növbəsində yeni peşələrin ortaya çıxmasına səbəb olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR