Bank Of Baku

Azərbaycan yaxın gələcəkdə bir neçə aşağıorbitli peykə sahib olacaq

Saməddin Əsədov

© APA | Saməddin Əsədov

# 11 yanvar 2022 14:43 (UTC +04:00)

Azərbaycan yaxın gələcəkdə bir deyil, bir neçə aşağıorbitli peyklərə sahib olacaq.

Bunu "APA-Economics"ə Azərbaycan Kosmik Agentliyinin sədri Saməddin Əsədov deyib.

Onun sözlərinə görə, hazırda bu, düşünülür, layihə baxılmaqdadır, Agentlik tərəfindən inkişaf olunur.

"Hazırda bizim aşağıorbitli bir peykimiz var – "Azersky". Onun çəkiliş gücü yüksək sayılır. Amma bu gün bazarın tendensiyası daha yüksək ayırdetməli peyk təsvirlərinə istiqamətlənib və yəqin ki, Azərbaycan dövlətinin yaxın gələcəkdə bir yox, bir neçə peykdən ibarən aşağıorbitli peykləri olacaq", - deyə S. Əsədov qeyd edib.

Geostasionar peyklərə gəldikdə, Agentliyinin sədri bu bazarda bir çox dəyişikliklərin olduğunu bildirib. Onun sözlərinə görə, hazırda mövcud olan "Starlink" və "OneWeb" kimi maraqlı layihələr geostasionar peyklərin bazarına təsir edir: "Ona görə biz gözləmə mövqeyindəyik. Hazırkı mərhələdə iki geostasionar peykimiz var və üçüncüsü barədə düşünmürük. Onu bazar göstərəcək ki, yaxın gələcəkdə ona ehtiyac var ya yoxdur".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR