2021-ci ildə Azərbaycana 24,009 mln. ABŞ dolları dəyərində (40,815 mln. manat) 636 231 ədəd qaz sayğacı idxal olunub.
"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, sözügedən sayğacların idxalı illik müqayisədə miqdar ifadəsində 4,8%, dəyər ifadəsində isə 54,9% artıb. Qaz sayğaclarının 97,2%-i Çindən gətirilib.
Elektrik enerjisi sayğaclarına gəldikdə, ötən il Azərbaycan 12,078 mln. dollarlıq (20,531 mln. manat) 321 779 vahid elektrik sayğacları idxal edib ki, bu da 2020-ci il ilə müqayisədə miqdar ifadəsinə 42,6%, dəyər ifadəsində isə 72% çoxdur. Bu sayğacların 53,5%-i Türkiyədən, 46,3%-i isə Çindən gəlib.
Qeyd edək ki, Türkiyədən idxal olunan sayğacların sayı (172 085 ədəd) daha yüksək olsa da, onların ümumi dəyəri 1,668 mln. dollar (2,836 mln. manat) təşkil edib. Eyni zamanda, Çində gətirilən sayğacların sayı (149 053) daha az olsa da, dəyəri qat-qat çox – 10,338 mln. dollar (17,575 mln. manat) təşkil edib.